Press "Enter" to skip to content

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər – VİDEO

Son yeniləmə: 20 Aprel 2022 08:57

Bayraqdar.info – Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan müasir texnika və avadanlıqların tətbiqi ilə mühəndis təminatı üzrə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, keçirilən dərslərin mövzusuna əsasən istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini artırırlar.

“Xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi mövzusunda fəaliyyətləri praktiki olaraq icra edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.