Son yeniləmə: 20 Aprel 2022 18:20
Bayraqdar.info – Aprelin 20-də Milli Məclisdə Hesablama Palatasının 2021-ci ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı iclası keçirilib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib.
Qurumdan bayraqdar.info-ya verilən məlaumata görə, sədr aparılan maliyyə auditlərinin tapıntılarının, eyni zamanda bu istiqamətdə analitik prosedurlara əsaslanaraq cari və növbəti illərdə dövlət sektoru üzrə maliyyə uçotunun aparılması üçün proqram təminatlarının unifikasiyasının həyata keçirilməsinin vacib olduğunu bildirib. Eyni zamanda, mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların artırılmasının, aparılmış dəyişikliklər barədə vaxtında məlumatlandırmaların təmin edilməsinin, həmçinin maliyyə hesabatlarının beynəlxalq təcrübəyə uyğun yoxlanılıb rəy verilməsi məsələlərinin diqqətə alınmasının vacibliyi vurğulanıb.