Son yeniləmə: 20 Aprel 2022 13:21
Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov Qarabağ müharibəsi qaziləri ilə görüşüb. Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, görüş Nazirliyin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində baş tutub.
“A.Kərimov çıxışına qazilərə təşəkkür etməklə başlayıb: “Müharibədə və ondan sonra Azərbaycan Prezidentinin, xalqınının böyüklüyünün şahidi olduğumuza görə qürur duyuram. Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir”.
“Nazir vurğulayıb ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar: “Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət cəhbəsində qəhrəmandırlar. Biz və cəmiyyət bu qəhrəmanları, onların göstədikləri şücaəti unutmamalıyıq. Hər zaman qazilərimizin yanındayıq, dəstəyik. Çünkü onlar iki cəbhədə də öz borcunu yerinə yetiriblər”.
“Daha sonra A.Kərimov qaziləri Fəxri fərmanla təltif edib. Tədbir bədii hissə ilə davam edib.
“Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb”, – deyə xəbərdə vurğulanır.