Press "Enter" to skip to content

Kikboksinq üzrə XXVI Respublika çempionatı

Kikboksinq yarışları

Son yeniləmə: 20 Aprel 2022 09:48

Bayraqdar.info – İki illik fasilədən sonra kikboksinq üzrə Respublika çempionatı keçiriləcək. Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, ölkə çempionatının Təşkilat Komitəsi müəyyənləşib. Belə ki, AKF-nin prezidenti Orxan Əliyev komitənin sədri, Federasiyanın I vitse-prezidenti Ramal Aslanov, idarə heyətinin üzvləri – Eduard Məmmədov, Müşfiq Məmmədov, əsas millinin baş məşqçisi Elşən Abdulrəhimov, “full kontakt” üzrə yığma komandanın böyük məşqçisi Telman Məhərrəmov, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev, hakimlər kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavinləri Aydın Ağabəyovla Anar Məmmədov üzv seçiliblər.

“Onlar XXVI Respublika çempionatında WAKO qaydalarının əsas götürülməsi və yarış reqlamentinin buna uyğun təşkili haqda müzakirə aparıblar. Qərara alınıb ki, bu yarışda kikboksinqin hansısa (“Lou kik”, “full kontakt”, “point faytinq”) növündə çıxış edib fərqlənən idmançı, həmçinin İslam Həmrəylik Oyunlarında həmin növ üzrə mübarizə aparacaq.

“Qeyd edək ki, ölkə çempionatı mayın 20-22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Bu yarışda fərqlənənlər Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunları üçün yığma komandanın heyətini müəyyənləşdirəcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.