Press "Enter" to skip to content

Doktoranturaya elektron sənəd qəbulu davam edir

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 20 Aprel 2022 12:53

Bayraqdar.info – Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi ayın 5-də başa çatacaq.

Bu barədə bayraqdar.info-ya aprelin 20-də Təhsil Nazirliyindən xəbər verilib. Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər.

“Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

“Qeyd edək ki, tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.