Press "Enter" to skip to content

Bu dəfə 15 dövlət əmlakı özəlləşdirilib

Son yeniləmə: 20 Aprel 2022 13:46

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların təşkil olunması davam etdirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 1 yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindn məlumat verilib.

Bildirilib ki, ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib: “Belə ki, ilkin satış qiyməti 8.500 “HOWO” markalı yük avtomobilinə edilən ən son təklif 12.000 manatadək yüksəlib. Bundan başqa, “BMW” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 min 500 manat olsa da, nəqliyyat vasitəsi 3 min 650 manata özəlləşdirilib”.

Özəlləşdirilən yarımçıq tikili isə İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 251 min 200 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.