Press "Enter" to skip to content

7 minədək şəxsə əlillik və sosial ödənişlər təyin olunub

Son yeniləmə: 20 Aprel 2022 12:10

Bayraqdar.info – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində 6 min 955 şəxsə əlillik təyin edilib.

Bu barədə bayraqdar.info-ya aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 3 min 37-nə ilkin, 3 min 918-nə təkrar əlillik təyinatı aparılıb. Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, obyektiv və şəffaf şəkildə, göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas yaratması nəzərə alınmaqla həyata keçirilib.

Mission News Theme by Compete Themes.