Son yeniləmə: 20 Aprel 2022 18:10
Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Bakı Yunus Emre İnstitutu Müdiri Selçuk Karakılıçla görüşüb.
Bu barədə bayraqdar.info-ya Fonddan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Fondun prezidenti G.Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyətindən, Türk xalqların tarixinin, mədəniyyətinin qorunması və dünyadatanıdılması məqsədilə təşkil olunan tədbirlərdən, eləcə də gələcəkplanlardan bəhs edib. G.Əfəndiyeva eyni zamanda təşkilat tərəfindən bir çox elmi araşdırmaların aparıldığını, kitabların çap olunduğunu qeyd edib.
Fondun prezidenti müxtəlif ölkələrdə fəaliyyət göstərənYunus Emre İnstitutunun Türk Dünyası mədəniyyətinin beynəlxalq aləmə çatdırılmasında önəmli bir şəbəkə olduğunu qeyd edib. G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Yunus Emre İnstitutu arasında əlaqələrin genişlənməsi məsələsinə toxunaraq, birgə layihələrin keçirilməsinin vacibliyindən bəhs edib.
Bakı Yunus Emre İnstitutu müdiri S.Karakılıç Fond tərəfindən Türk dünyasının maddi-mədəni irsinin araşdırılması və mühafizəsi istiqamətində dəyərli işlər görüldüyünü vurğulayıb. S.Karakılıç Fond ilə Bakı Yunus Emre İnstitutu arasında əməşdaşlığın əhəmiyyətindən söz açaraq, tərəfdaşlıq münasibətlərinin gələcəkdə mühim töhvələr verəcəyinə inandığını və təşkil olunan tədbirlərə dəstək olacağını bildirib.
Görüş tərəflər arasında fikir mübadiləsi ilə davam edib.