Press "Enter" to skip to content

Tarixi köklərə və dəyərlərə bağlı əlaqələr

Son yeniləmə: 19 Aprel 2022 15:57

Bayraqdar.info – 1923-ci ildə Türkiye Cümhuriyyəti adı ilə imzaladığımız ilk anlaşma Macarıstanla dostluq anlaşmasıdır. 1924-cü ildə Ankarada açılan ilk səfirliklərdən biri Macarıstana məxsus olub. Bütün bu doğma münasibətlərin nəticəsidir ki, 2024-cü il “Macarıstan-Türkiyə Mədəniyyət İli” olaraq qəbul edilib”.

Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyyarto ilə görüşdən sonra deyib.

Anadolu Ajansı xəbər verir ki, nazir Türkiyə-Macarıstan əlaqələrinin tarixi köklərə və dəyərlərə bağlı olduğuna bildirib.

Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyyarton Türkiyəyə səfər edib. Səfər çərçivəsində tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş olub.

Görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlmalar verilib. Macarıstanın Türk Dövlətləri Təşkilatında təmsilçiliyi yüksək dəyərləndirilib.

Mövcud proseslərdən və ikitərəfli əlaqələrdən geniş bəhs edən macar nazir Peter Siyyarton “Türkiyə-Macarıstan əlaqələrindəki xoş münasibətlər və sürətlə genişlənən əməkdaşlıq hər zaman yüksəlişdə olacaq”, – deyib.

Məlumat üçün bildirək ki, aprelin 19-da Ankarada nazirlər Mövlud Çavuşoğlu və Peter Siyyartonun iştirakı ilə Macarıstanın Türkiyədəki yeni səfirliyinin inzibati binasının təməlqoyma mərasimi keçirilib.

Mission News Theme by Compete Themes.