Press "Enter" to skip to content

“Tərtər işi” üzrə 397 nəfər zərərçəkmiş kimi tanınıb

Baş Prokurorluq

Son yeniləmə: 19 Aprel 2022 17:30

Bayraqdar.info – ”Tərtər işi” işi ilə bağlı zərərçəkən şəxslərin sayı məlum olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin aprelin 19-da yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib: “Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Mission News Theme by Compete Themes.