Press "Enter" to skip to content

Tələbələr arasında mini-futbol üzrə çempionat

Tələbələrin çempionatı

Son yeniləmə: 19 Aprel 2022 12:59

Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə çempionata başlayıb.

Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə keçirilən çempionatda ümumilikdə 16 komanda iştirak edir.

Nazirlikdən verilən xəbərdə bildirilir ki, çempionat mayın 7-də başa çatacaq.

“Qeyd edək ki, yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsidir.

Mission News Theme by Compete Themes.