Son yeniləmə: 19 Aprel 2022 10:49
Bayraqdar.info – Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.
Bu barədə bayarqdar.info-ya Əmək və Əhailinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sosial Müdafiə Fonduna bu ilin ilk rübündə məcburi dövlət sosial sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 milyon manat təşkil edib. Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 milyon, qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 milyon manat olub.