Press "Enter" to skip to content

Qobustana səyahət

Qobustan

Son yeniləmə: 19 Aprel 2022 12:26

Bayraqdar.info – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının təşəbbüsü ilə məktəbli oxucularla birlikdə Qobustana səyahət təşkil olunub.

Baş İdarədən bayraqdar.info-ya bildirilib ki, bu səyahətin əsas məqsədi məktəbliləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə tanış etmək və onları tarixi abidələrimiz, adət-ənənələrimiz haqqında məlumatlandırmaqdır.

Tədbirdə şagirdlərə qoruq barədə məlumat verilib. Bildirilib ki, açıq səma altında yerləşən mezolit (orta daş dövrü) abidələri sərgilənən bu qoruqda qədim insanların təsvir etdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunub saxlanılır.

“Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir. Qədim rəsmlərdən başqa Qobustanda Böyükdaş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilib. Bu yazı bizim eradan əvvəl I əsrə aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir. Qobustanın daha bir möcüzəsi qavaldaşıdır. 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qobustan Qoruğu uşaqlar tərəfindən maraqla izlənilib”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.