Son yeniləmə: 19 Aprel 2022 11:41
Bayraqdar.info – AMEA-nın Qafqazşünaslıq İnstitutu oktyabrda “Şuşa İli”nə həsr olunan “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı keçirəcək. Bu barədə aprelin 19-da bayraqdar.info-ya İnstitutdan məlumat verilib.
“Konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.
“Elmi konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək ünvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və çap ediləcək. Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.