Press "Enter" to skip to content

İranla sərhəddə 8 kq narkotik

Narkotik

Son yeniləmə: 19 Aprel 2022 14:18

Bayraqdar.info – Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) bayraqdar.info-ya verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.

“Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kq 500 qram “marixuana”, 1 kq “heroin”) bənzər maddələr və psixotrop tərkibli 780 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülüb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.