Press "Enter" to skip to content

Fərid Qayıbov boccia çempionatı idmançılarıyla

Boccia idmançıları

Son yeniləmə: 19 Aprel 2022 10:39

Bayraqdar.info – Aprelin 18-də gənclər və idman naziri Fərid Qayıbov Xorvatiyanın Zaqreb şəhərində qitələrarası boccia çempionatında uğurla çıxış etmiş Azərbaycan paralimpiyaçılarını qəbul edib.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə xatırladılır ki, aprelin 2-dən 7-dək Zaqrebdə keçirilmiş yarışda idmançılarmız 2 qızıl və 1 bürünc medal qazanıblar.

“Görüş zamanı idmançıları uğurlu çıxışları münasibətilə təbrik edən nazir Federasiyanın fəaliyyəti, gələcək planları və idmançıların məşq şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, boccia 2014-cü ildən yaransa da, ölkəmizdə bu federasiya 2018-ci ildən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə fəalyyətə başlayıb. Bu günədək idmançılarımız beynəlxalq yarışlarda 3 qızıl, 7 bürünc medal qazanıblar.

“Görüşdə nazir müavini Mariana Vasileva, Boccia İdman Federasiyasının Baş katibi və baş məşqçisi İlham Məhərrəmov, məşqçilərdən Taleh Zeynalov, Elşən Məhərrəmov, Ruhin Cəfərov, Nicat Ağayev, Mədinə Abbasova, idmançılardan Bəhruz Mirzəyev, Sona Ağayeva (hər ikisi qızıl medal), Orxan Kərimov (bürünc medal) və Zaur Veysəlov (6-cı yer) iştirak ediblər”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.