Press "Enter" to skip to content

Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların sayı

Son yeniləmə: 19 Aprel 2022 09:31

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsi üçün əlavə imkan yaradır.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanvar-mart ayları ərzində 73 min 346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2 faiz çoxdur. Rüblük göstəricinin 17 min 979-u (24,5 faizi) ilkin, 55 min 367-si (75,5 faizi ) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10 min 837-si fərdi yaşayış və bağ evi, 19 min 253-ü mənzil, 40 min 572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1 min 649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19 min 776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

Mission News Theme by Compete Themes.