Press "Enter" to skip to content

“Azərbaycan Atabəylərinin sikkələri” kataloqu nəşr edilib

Son yeniləmə: 19 Aprel 2022 10:24

Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən “Azərbaycan Atabəylərinin sikkələri” adlı kataloq işıq üzü görüb.

AMEA-dan bayraqdar.info-ya verilən xəbərə görə, kataloqun elmi redaktoru Tarix Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, tərtibatçısı isə muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovadır.

“Vəsait Muzeyin Numizmatika fondunda qorunan, Azərbaycan ərazisində aşkarlanmış Azərbaycan atabəyləri (Eldənizlər; hicri 531 – 607 / miladi 1136 – 1225) və onların vassalları dövründə yerli zərbxanalarda istehsal edilmiş sikkələr əsasında tərtib edilib.

“Bundan əlavə, burada sikkələrin fotoları, onların üzərindəki yazılar, eləcə də həmin sikkələrin çəkisi və digər məlumatlar təqdim edilib, ölkə ərazisində aşkarlanan belə sikkələrdən ibarət dəfinələr qeydə alınıb.

“Qeyd edək ki, kataloq tarixçilər, numizmatlar, sənətşünaslar və digər tədqiqatçılar üçün nəzərdə tutulub”, – deyə Muzeydən bildirilir.

Mission News Theme by Compete Themes.