Press "Enter" to skip to content

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Müdafiə Nazirliyi

Son yeniləmə: 19 Aprel 2022 13:03

Bayraqdar.info – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.

Məlumatı aprelin 19-da Müdafiə Nazirliyi yayıb.

Mission News Theme by Compete Themes.