Press "Enter" to skip to content

Anar Kərimov Lordlar Palatasının üzvləri ilə

Anar Kərimov

Son yeniləmə: 19 Aprel 2022 16:23

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov aprelin 19-da  2022-ci il tarixində Azərbaycanda səfərdə olan Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Malkolm Bryus, Lord Donald Henkey və Oksford Universitetinin müəllimi Doktor Culian Fautless ilə görüşüb. Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Görüş zamanı Azərbaycanla Britaniya hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivliyi, həyata keçirilən beynəlxalq layihələr və Qarabağda bərpa işləri, Azərbaycanın dağıdılmış memarlıq abidələri və müsəlman ziyarətgahlarının bərpası istiqamətində genişmiqyaslı quruculuq işləri barədə söhbət aparılıb.

“UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 minə yaxın fərdi üzvü özündə birləşdirən, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatı İCOMOS-un (İCOMOS -İnternational Council on Monuments and Sites) rolu həmçinin abidələrin qorunması və bərpası sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımların atıldığı vurğulanıb.

“Nazir A.Kərimov Britaniya hökuməti ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

“Britaniya parlamenti Lordlar Palatasının üzvləri bu ölkəyə səfərdən şad olduqlarını və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”. Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.