Son yeniləmə: 19 Aprel 2022 14:21
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə təlabatının qiymətləndirilməsi həyata keçirilib. Bu məqsədlə sağlamlıq imkanları məhdud 37 min 371 uşağın ailəsinə səfər edilib. Onlardan artıq 28 min 187 uşaqla bağlı qiymətləndirmə aparılıb.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat veirlib.
Bildirilib ki, sosial işçilər və psixoloqlar tərəfindən həmin uşaqların qayğı, sosial təminat, təhsil, səhiyyə, iştirak və digər əsas hüquqlarının təmini, habelə risk səviyyəsi ölçülüb: “Hazırda da qiymətləndirmə prosesi davam etdirilir. Prosesin yekunu olaraq sosial həssaslığı riskli olaraq dəyərləndirilən uşaqların yaşadıqları ərazi üzrə zəruri sosial xidmətlərə çıxışının təmin edilməsi istiqamətində işlər aparılacaq”.