Press "Enter" to skip to content

Türkiyənin dünya sülhü üçün önəmi artır

Son yeniləmə: 18 Aprel 2022 08:56

Bayraqdar.info – “Dünya 5-dən böyükdür deyir hörmətli Cümhurbaşqanımız. Niyə? Çünki başda BMT olmaqla dünyada qurulan sistemlər müharibələrin qarşısını ala bilmir. Başlayan müharibələr də dayandırıla bilinmir”.

Bunu qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

Sinop şəhərində iftar sonrası ictimayyət nümayəndələri ilə görüşən nazir dünyada nizamının dəyişməli olduğunu bəyan edib. Nazirin Twitter hesabında həmin çıxışın videosu paylaşılıb.

Çıxışında nazir “Yanğın ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl bizim borcumuzdur. Çünki biz Türkiyə olaraq təkcə regional güc deyilik. Türkiyə artıq qlobal gücə çevrilib”, – deyə qeyd edib.

Çıxışında Ukraynadki son duruma da toxunan M.Çavuşoğlu deyib: “Ukraynadakı müharibəni ən qısa zamanda bitirmək üçün səy göstəririk. Niyə Rusiya və Ukrayna liderləri, hər iki ölkə yalnız Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyini qəbul edir? Çünki biz prinsipial davranırıq. Çünki biz hamı ilə münasibətlərimizi ən yaxşı şəkildə həyata keçirmək istəyirik. Biz balanslı və ədalətli şəkildə hərəkət edirik, həqiqəti deyirik. Türkiyənin dünya sülhü üçün önəmi artır”.

Mission News Theme by Compete Themes.