Press "Enter" to skip to content

Rum mətbuatında KKTC ilə bağlı sensasiyalı xəbər

Son yeniləmə: 18 Aprel 2022 08:56

Bayraqdar.info – Kıbrısın rum tərəfinin mediası sensasiyalı xəbər yayıb. Belə ki, məlumata əsasən rumlara məxsus “Kathimerini” qəzeti Rusiyanın KKTC-də konsulluq aça biləcəyini yazıb.

Qəzet Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən aylarda açıqlamalarının birində “Kuzey Kıbrıs Türk Cümhuriyyəti”ndən bəhs etdiyini xatırladıb. “Kathimerini” bu durumun rum tərəfində dərin ümidsizliyə səbəb olduğunu yazıb.

Qəzet Rusiyanın Doğu Akdenizdəki yanaşmasıyla bağlı prosesin Moskvanın Kuzey Kıbrısda bir konsulluq açmaq niyyətindən xəbər verdiyini yazıb. 2021-ci ilin yanvarında Moskvanın KKTC-də konsulluq açmaq niyyəti barədə rum adminstasiyasını məlumatlandırmaq və bu məsələdə anlaşma əldə etmək üçün Kıbrısın rum hakimiyyətinə müraciət etdiyi bildirilib.

Qəzet bu qərarın Ukraynadakı hadisələrlə, yaxud Güney Kıbrısın sanksiyalarla bağlı mövqeyi ilə birbaşa bağlı olmadığını da yazıb.

Vurğulanıb ki, Rusiya KKTC-də daimi yaşayan 15 minə yaxın Rusiya vətəndaşına xidmət göstərməyi hədəfləyir. Qəzet etibarlı mənbələrə istinadən Rusiyanın artıq konsulluq üçün bina və heyət axtardığını da bildirib.

Mission News Theme by Compete Themes.