Son yeniləmə: 18 Aprel 2022 11:45
Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda aprelin 19-da “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar keçiriləcək.
Bu barədə bayraqdar.info-ya aprelin 18-də İnstitutdan məlumat verilib.
Bildirilib ki, seminarda Riyazi analiz şöbəsinin dissertantı Afaq İsmayılovanın “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzəsi dinləniləcək və müzakirələr aparılacaq.