Press "Enter" to skip to content

“Rəqəmsal bacarıqlar”

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 18 Aprel 2022 10:38

Bayraqdar.info – 2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü 10-cu siniflərin açılması nəzərdə tutulur.

Təhsil Naziriyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, İT siniflərdə keçirilən dərslərin əsas məqsədi şagirdlərin intensiv metodikalarla İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə “Python” üzrə alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş, təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək.

“İnformatika təmayüllü siniflərdə tədris almağın üstünlüyü informatika fənni üzrə qəbul imtahanlarına şagirdlərin daha hazırlıqlı olması, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqların əldə etmə imkanının olmasıdır.

“Qeyd edək ki, cari tədris ilində respublikanın dörd şəhərində 11 məktəbin X siniflərində pilot “İT sinifləri”nə start verilib. Hazırda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagirdi əhatə edir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.