Son yeniləmə: 18 Aprel 2022 13:54
Bayraqdar.info – Azərbaycan Milli Xalça Muzeyində növbəti mühazirə təşkil edilib. Muzeydən aprelin 18-də bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, mühazirə Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun 55 illik yubileyi çərçivəsində reallaşıb. “Rəngdən naxış dünyasına” adlanan mühazirə sənətkarın rəssamlıq fəaliyyətinə həsr olunub.
Mühazirə zamanı rəssam bilik və təcrübəsini iştirakçılarla bölüşüb, onları maraqlandıran suallara cavab verib.
“O, müəllifi olduğu rəngkarlıq əsərləri, qrafik rəsmləri, yaradıcılığının erkən dönəmlərindən etibarən müraciət etdiyi miniatür üslubu barədə çıxış edib. Mühazirədə muzeyimizin eksperti, Xalq rəssamı Aydın Rəcəbov, həmçinin rəssam Fikrət İbrahimli Məmmədhüseyn Hüseynovun çoxşaxəli yaradıcılığından söz açıblar. Dərslər müzakirələrlə davam edib”, – deyə xəbərdə qeyd edilib.