Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti Azərbaycana gəlir

Sadır Caparov

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov aprelin 19-da Azərbaycana səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Bu barədə bayraqdar.info-ya Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət başçıları səfər çərçivəsində tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığa dair Bəyannamənin, Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun, həmçinin hökumətlərarası və qurumlararası razılaşmaların imzalanması planlaşdırılır.

Mission News Theme by Compete Themes.