Son yeniləmə: 18 Aprel 2022 18:20
Bayraqdar.info – Aprelin 18-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsində 3, Qusarçayın Kuzun məntəqəsində 1, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində 4 santimetr artım qeydə alınıb. Suyun səviyyəsi Kürəkçayın Çaykənd məntəqəsində 6, Gəncəçayın Zurnabad və Zəyəmçayın Ağbaşlar məntəqələrində 1 və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 3 sm azalıb. Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 335 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 45 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 15 faiz azdır.
“Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetrə bərabərdir ki, bu da ongünlük normanın 58 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 7 faiz azdır.
“Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 14 sm azalaraq 330 sm, su sərfi isə 95 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 sm artaraq 133, Kür-Bankədə 2 sm azalaraq 86, Araz-Novruzluda 3 sm azalaraq 65 sm təşkil edib.