Press "Enter" to skip to content

Prezidentin həyatından bəhs edən kitab

Son yeniləmə: 18 Aprel 2022 12:32

Bayraqdar.info – Qəzetçi-yazar Osman Güvenir Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın həyatından bəhs edən kitab yazıb. “Zirvedeki Adam-Özgürlük ve Demokrasi Bekçisi” adlı kitab artıq müəllif tərəfindən Cümhurbaşqanına təqdim edilib.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, kitabda E.Tatarın həyatından, siyasi və sosial fəaliyyətlərindən geniş bəhs edilib.

Cümhurbaşqanlığındakı görüşdə O.Güvenir bildirib ki, çoxlu sənədlər əsasında təxminən bir il yarımdır üzərində ciddi şəkildə işlədiyi kitabda E.Tatarın uşaqlıq illəri, sevincli və kədərli günləri barədə ətraflı bəhs edilib.

Qeyd edilib ki, Cümhurbaşqanı E.Tatarın həyat hekayəsi əslində Dr. Fazıl Küçük və Rauf R.Denktaş məktəbini bitirmiş bir siyasətçinin hekayəsidir.

612 səhifəlik kitabın redaktoru Cumhurbaşkanı Özel Kalem Müdürü Çağın Zortdır.

Mission News Theme by Compete Themes.