Press "Enter" to skip to content

İstilər başlayır

İsti hava

Son yeniləmə: 18 Aprel 2022 13:32

Bayraqdar.info – Bakıda və Abşeron yarımadasında aprelin 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya aprelin 18-də verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

“Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 10-12dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

“Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 dərəcə, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.