Press "Enter" to skip to content

Ağsuda “Mədəniyyətimizin beşiyi – Şuşa” intellektual yarışı

Ağsuda intellektual yarış

Son yeniləmə: 18 Aprel 2022 16:14

Bayraqdar.info – Ağsuda Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin birgə təşkilatçılığı, rayon Təhsil Şöbəsinin dəstəyi ilə məktəb komandaları arasında “Şuşa İli”nə həsr olunan “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı intellektual yarış keçirilib.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, Ağsu Şahmat Məktəbində təşkil olunan intellektual yarışda 11 məktəbin komandası iştirak edib. Suallar əsasən Azərbaycan tarixi və mədəniyyətini, ümumi dünyagörüşünü əhatə edib. 24 sualın səsləndiyi yarışda Bico kənd məktəbinin “Dəmir Yumruq” komandası I, Muradlı kənd məktəbinin “Muradlı” komandası II, Ağsu şəhər 3 nömrəli məktəbin “Blade of victory” komandası isə III yeri tutub.

Qalib komandaların üzvlərinə Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin diplomları verilib.

Mission News Theme by Compete Themes.