Son yeniləmə: 18 Aprel 2022 12:20
Bayraqdar.info – Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edib.
Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Müraciətdə deyilir: “ 2022-ci ilin 1-ci rübü üzrə Sadələşdirilmiş vergi bəyannaməsi və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 20 aprel 2022-ci il tarixdən gec olmayaraq təqdim olunmalıdır. Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Əlaqə telefonu: 195”.