Press "Enter" to skip to content

Əməkhaqqı fondu 11,4 faiz artıb

Son yeniləmə: 18 Aprel 2022 12:22

Bayraqdar.info – Azərbaycanda ardıcıl xarakter alan əməkhaqqı islahatları,əmək müqavilələrinin sayında artım dinamikası əmək haqqı fondunda da artımlara imkan verib. 2022-ci ilin yanvar-mart aylarında da Azərbaycanda əmək haqqı fondu 11,4 faiz artıb.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 40 faiz, median əmək haqqının 80 faiz artımı baş verib. Bu dövrdə illik əmək haqqı fondu isə 2,1 dəfə artıb.

Mission News Theme by Compete Themes.