Son yeniləmə: 16 Aprel 2022 09:40
Bayraqdar.info – Rabitə sistemində texniki təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar aprelin 16-da saat 10:30-dan etibarən bir neçə saat müddətinə “955” Zəng Mərkəzinə edilən zənglərin qəbulunda müvəqqəti fasilə yaranacaq.
Bu barədə bayraqdar.info-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, profilaktika müddətində ASC-nin İdarə Aparatının (Moskva prospekti, 67) stasionar telefon nömrələri də zəngləri qəbul etməyəcək. Bu müddətdə vətəndaşlar içməli və tullantı su xidmətləri ilə bağlı müraciətlərini yerli sukanal idarələrinə ünvanlaya bilərlər.
Eyni zamanda, (+994 55) 209-95-59 vatsap nömrəsi, eləcə də feysbuk şəbəkəsi üzərindən müraciətləri ünvanlamaq mümkündür.