Son yeniləmə: 16 Aprel 2022 12:18
Bayraqdar.info – Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı (TİKA) Ramazan ayı boyunca xeyirxah aksiyalar keçirməkdə davam edir. Qardaş ölkənin bu təşkilatı növbəti xeyirxah addımı isə Albaniyada atıb.
Balkan News xəbər verir ki, təşkilat tərəfindən bu ölkədə aztəminatlı ailələrə ərzaq bağlaması paylanıb.
Türkiyənin Albaniyadakı səfiri Murat Ahmet Yörük öz növbəsində Anadolu Ajansına açıqlamasında TİKA ilə ALSAR vəqfinin əməkdaşlığı çərçivəsində bu yardımların çatdırılacağını deyib.
Bundan başqa Türk Kızılay və Yunus Emre İnstitunun da dəstəyi ilə Tiranada 1500 nəfərlik iftar proqramı təşkil ediləcək.