Son yeniləmə: 16 Aprel 2022 12:06
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 may tarixində hərrac keçiriləcək. Hərraca ümumilikdə 45 dövlət əmlakı çıxarılıb. Bunlardan 7-si səhmdar cəmiyyəti, 38-i isə nəqliyyat vasitəsidir.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, hərracda iştirak etmək istəyən şəxslər emal, sənaye, quşçuluq, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Bakavtoservis”, “Biləsuvar Broyler”, “Zaqatala Fındıq“ və digər səhmdar cəmiyyətləri aiddir.
Qeyd edilib ki, səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 138 min 698 manatla 1milyon 299 min 800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən müəssisənin səhminin 30,03 faizi 195 min 178 manata təklif olunur.
Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1970 – 2011-ci illər arasında dəyişir.
Tam siyahı ilə burada tanış ola bilərsiniz.