Son yeniləmə: 16 Aprel 2022 11:05
Bayraqdar.info – İraq parlamentindəki türkmən qrupunun başqanı və İraq Türkmən Cəbhəsi Kərkük millət vəkili Ərşad Salihi Milli Dövlət Qüvvələri Koalisiyasının başqanı Amma Əl Həkimi ilə görüşüb.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumatda deyilir ki, görüşdə parlamentin müşaviri Nurettin Kaplan da i.tirak edib. Görüşdə ölkədəki siyasi vəziyyət və türkmənlərin durumu müzakirə edilib. Eyni zamanda Kərkükün mədəni, ictimai və iqtisadi durumu da müzakirə mövzuus olub.
Görüş nəticəsində ölkədəki siyasi gərginliyin tez bir zmanda aradan qaldırılmasına dair ortaq fikir bildirilib.