Press "Enter" to skip to content

Ting paylama aksiyası

Son yeniləmə: 15 Aprel 2022 12:37

Bayraqdar.info – Azərbaycanda yaşıllıqların artırılması davam edir. Bu işə töhfə vermək məqsədilə daha bir addım atılıb.

Bu barədə bayraqdar.info-ya aprelin 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin və “SOCAR PETROLEUM” QSC-nin birgə təşkilatçılığı ilə aprelin 16-da saat 13:30-da Binəqədi-Novxanı yolunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində tinglərin paylanması aksiyası keçiriləcək.

“Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz. Ünvan: “SOCAR PETROLEUM” – Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi-Novxanı yolu”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.