Press "Enter" to skip to content

“Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş

Son yeniləmə: 15 Aprel 2022 17:55

Bayraqdar.info – AMEA-nın Radiasiya Problemləri İnstitutunda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya aprelin 15-də AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbir institutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev elm müəssisəsinin tarixi və fəaliyyət istiqamətləri, əldə olunmuş uğurları, beynəlxalq əməkdaşlıq əlaqələri, kadr potensialı haqqında məlumat verib. Şagirdləri təbrik edən İslam Mustafayev onlara gələcək təhsil və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

“İnstitutun icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Sabahın alimləri” və digər yerli və beynəlxalq müsabiqələrin əhəmiyyətindən danışıb, bu istiqamətdə alimlərimizin xidmətlərini yüksək qiymətləndirib.

“Görüşdə “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibləri olan şagirdlər təqdimatlarla çıxış ediblər.

“Daha sonra şagirdlər institutun laboratoriyalarında elmi-tədqiqat prosesləri, eləcə də cihaz və avadanlıqlarla tanış olublar”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.