Press "Enter" to skip to content

Səfir Fondun çoxyönlü fəaliyyətini təqdir edib

Son yeniləmə: 15 Aprel 2022 18:02

Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya aprelin 15-də Fonddan məlumat verilib.

Bildirilib ki, görüşdə G.Əfəndiyeva rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Qazaxıstanla qarşılıqlı əməkdaşlığın güclənməsinin təşkilat üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Fondun prezidenti birgə atılacaq addımlar çərçivəsində təşkilat ilə Qazaxıstan arasındakı mədəni əlaqələrin daha çox inkişaf edəcəyinə inandığını bildirib.

G.Əfəndiyeva Fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə türk dünyasının zəngin mədəniyyətinin, tarixinin geniş araşdırılması və tanıdılması yönündə layihələrin daha da genişmiqyaslı həyata keçiriləcəyini diqqətə çatdırıb.

Səfir S.Abdıkarimov türk xalqları arasında birliyin güclənməsi, türk dünyasının mədəni bağlarının dərinləşməsi istiqamətində Fondun çoxyönlü fəaliyyətini təqdir edib. Səfir Fondun maliyyə büdcəsinin nəhayət təsdiq olunması ilə əlaqədar aktual olan məsələlərə toxunub.

S.Adıkarimov Qazaxıstanın və bütövlükdə türk dünyasının dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması, mədəni dəyərlərin təbliği yönündə fond ilə tərəfdaşlıq münasibətlərinə önəm verdiyini vurğulayıb.

Görüş 2022-ci il üzrə planlarla bağlı fikir mübadiləsi ilə davam edib.

Mission News Theme by Compete Themes.