Press "Enter" to skip to content

Səfirlər Beynəlxalq Türk Akademiyasında

Son yeniləmə: 15 Aprel 2022 09:20

Bayraqdar.info – Aprelin 14-də Macarıstan və Monqolustanın Qazaxıstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Beynəlxalq Türk Akademiyasını ziyarət ediblər.

Bu barədə bayraqdar.info-ya Akademiyadan məlumat verilib.

Bildirilib ki, Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona Türk Kitabxanası və Muzeyi ilə, həmçinin kitabxanada tanınmış türkoloq İştvan Konır Mandokinin şəxsi kolleksiyası ilə tanış olub. Akademiyanın təşəbbüslərini dəstəklədiyini bildirən səfir Macarıstanda bu yaxınlarda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Akademiya tərəfindən göndərilən təbrikə görə xarici işlər nazirinin təşəkkür məktubunu təqdim edib.

Məlumata əsasən Monqolustanın Qazaxıstandakı səfiri Dorjin Bayarkhuu da ziyarəti sırasında Monqolustanın Türk dünyası ilə humanitar əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Akademiyaya təşəkkürlərini çatdırıb.

Akademiya prezidenti Darxan Qıdırali də öz növbəsdində yeni təyin olunmuş səfirlərə uğurlar arzulayıb. O, Beynəlxalq Türk Akademiyasının əməkdaşlığın genişlənməsi üçün hər cür dəstəyə hazır olduğunu bildirib.

Görüşlər zamanı mövcud layihələr və gələcək işbirliyi istiqamətləri barədə səmərəli müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.