Press "Enter" to skip to content

Nazir səfirlərlə görüşdü

Fərid Qayıbov və Abdelvahab Osman

Son yeniləmə: 15 Aprel 2022 09:12

Bayraqdar.info – Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Əlcəzairin Azərbaycandakı səfiri Abdelvahab Osmanı və Qətərin səfiri Feysal Abdullah Al-Henzabı qəbul edib. Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya daxil olan xəbərdə bildirilir ki, hər iki görüşdə qonaqları salamlayan nazir onlara ölkəmizdə idmana dövlət qayğısı və gənclər siyasəti barədə məlumat verib.

Fərid Qayıbov və Feysal Abdullah Al-Henzab

“Görüşlər zamanı ölkələr arasında dostluq münasibətlərindən bəhs edilib. Əlcəzairlə və Qətərlə gənclər və idman sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.