Son yeniləmə: 15 Aprel 2022 09:12
Bayraqdar.info – Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Əlcəzairin Azərbaycandakı səfiri Abdelvahab Osmanı və Qətərin səfiri Feysal Abdullah Al-Henzabı qəbul edib. Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya daxil olan xəbərdə bildirilir ki, hər iki görüşdə qonaqları salamlayan nazir onlara ölkəmizdə idmana dövlət qayğısı və gənclər siyasəti barədə məlumat verib.
“Görüşlər zamanı ölkələr arasında dostluq münasibətlərindən bəhs edilib. Əlcəzairlə və Qətərlə gənclər və idman sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub”, – deyə xəbərdə qeyd edilir.