Son yeniləmə: 15 Aprel 2022 17:17
Bayraqdar.info – Aprelin 15-də Kamandan Oxatma Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bu barədə bayraqdar.info-ya Nazirlikdən bildirilib. “Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
“Yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən Federasiyanın prezidenti seçilib. Həmçinin, Seymur Qurbanov Federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.
“Tədbirin sonunda Federasiyasının prezidenti Şahin Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb”, – deyə xəbərdə qeyd eilib.