Press "Enter" to skip to content

“Mədəni irsin qorunmasının aktual problemləri”

Şuşa

Son yeniləmə: 15 Aprel 2022 14:06

Bayraqdar.info – Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə bayraqdar.info-ya aprelin 15-də ADMİU-dan məlumat verilib. Bildirilib ki, konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.

“Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək elektron ünvana göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür”, – deyə məlumatda deyilir.

Mission News Theme by Compete Themes.