Press "Enter" to skip to content

İlk görüş Faiq Qarayevlə olub

Son yeniləmə: 15 Aprel 2022 13:00

Bayraqdar.info – Gənclər və İdman Nazirliyi “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində ilk görüş Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayevlə olub.

Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Faiq Qarayevin idmanın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və təcrübəli mütəxəssis müxtəlif illərdə “Şöhrət” və 2-ci dərəcəli “Əmək” ordenlərinə, “Tərəqqi” medalına layiq görülüb.

Beləliklə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında keçirilən görüşdə idman ictimaiyyətinin nümayəndələri, gənc idmançılar, məşqçilər və akademiyanın tələbələri iştirak ediblər. Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.

Məlumatda qeyd edilir ki, Mariana Vasileva idmanın inkişafındakı xidmətlərinə görə Faiq Qarayevə Gənclər və İdman Nazirliyinin xüsusi mükafatını təqdim edib: “Gənclər və İdman Nazirliyinin hazırladığı, Faiq Qarayevin karyerasından bəhs edən videoçarxın nümayişindən sonra, mütəxəssis öz xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda F.Qarayev ən yaxşı sual sahiblərinə öz hədiyyələrini təqdim edib”.

Mission News Theme by Compete Themes.