Son yeniləmə: 15 Aprel 2022 13:03
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində idarəetmə və əhaliyə xidmətlərin təkmilləşdirlməsi, bu xidmətlərin şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təşkili məqsədilə ISO beynəlxalq standartların tətbiqi istiqamətində də önəmli addımlar atılır.
Bu barədə ƏƏSMN-dən bayraqdar.info-ya verilən məlumatda deyilib.
Qeyd edilib ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, eləcə də ISO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi kimi istiqamətlər əksini tapıb.
Beynəlxalq standartların tətbiqi istiqamətində uğurlu nəticə kimi, ötən il və bu ilin birinci rübü ərzində nazirliyin fəaliyyət sahələri üzrə 12 ISO beynəlxalq sertifikatına layiq görülüb.
“Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna ötən il ISO 10002:2018 (“Keyfiyyət menecmenti – Müştəri-vətəndaş məmnuniyyəti – Təşkilatlarda şikayətlərin idarə edilməsi haqqında təlimat”), ISO 26000:2010 (“Sosial məsuliyyət haqqında təlimat”), ISO 9001:2015 (“Keyfiyyəti idarəetmə sistemləri”), ISO 37001:2016 (“Antikorrupsiya idarəetmə sistemləri”), nazirliyin tabeliyindəki DOST Agentliyinə bu ilin ilk rübündə: ISO 9001:2015 (“Keyfiyyəti idarəetmə sistemləri”), ISO 10002:2018 (“Keyfiyyət menecmenti – Müştəri-vətəndaş məmnuniyyəti – Təşkilatlarda şikayətlərin idarə edilməsi haqqında təlimat”), ISO 26000:2010 (“Sosial məsuliyyət haqqında təlimat”), ISO 37001:2016 (“Antikorrupsiya idarəetmə sistemləri”), nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ötən il ISO 37001:2016 (“Antikorrupsiya idarəetmə sistemləri”), nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinə bu ilin ilk rübündə ISO 9001:2015 (“Keyfiyyəti idarəetmə sistemləri”), ISO 14001:2015 (“Ətraf mühitin idarə olunması və qorunması sistemləri”) və ISO 45001:2018 (“Peşə sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sistemləri”) beynəlxalq sertifikatları təqdim edilib”, – deyə vurğulanlb.
O da bildirilib ki, fəaliyyət sahələrinin həmin standartların tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq əməkdaşlar üçün təlimlər keçirilib. İdarəetmə sistemlərinin təkmil və şəffaf şəkildə qurularaq həmin tələblərə uyğunlaşdırılması, sertifikatlaşdırma prosesi təmin olunub. Yekun olaraq qiymətləndirmələr aparılıb və nəticə müsbət dəyərləndirilərək sertifikatlar təqdim olunub.