Press "Enter" to skip to content

Üç ay ərzində 8,9 faiz artım

Son yeniləmə: 14 Aprel 2022 10:16

Bayraqdar.info – 2022-ci ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 85,9 milyon manat və ya 8,9 faiz artım qeydə alınıb.

Bu barədə bayraqdar.info-ya aprelin 14-də Dövlət Sosial Müdafiə Fondundan məılumat verilib.

Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,7 milyon manat və ya 13,4 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 106,3 milyon manat və ya 19,2 faiz artımla olub.

Mission News Theme by Compete Themes.