Press "Enter" to skip to content

Üç ay ərzində 19 hərrac keçirilib

Son yeniləmə: 14 Aprel 2022 18:38

Bayraqdar.info – Bu ilin ilk rübü ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 15,2 milyon manata yaxın vəsait daxil olub.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliytindən məlumat verilib.

Məlumatda deyilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin 3 ayı ərzində 19 hərrac keçirilib. Hərraclarda 10 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 174 nəqliyyat vasitəsi özəlləşdirilib.

“Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 122 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 42 onlayn qoşulma reallaşıb. Cari ilin ilk rübü ərzində hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı istismara verilib. Bu dövrdə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib”, – deyə qeyd edilib.

O da vurğulanıb ki, 2022-ci ilin ilk rübü ərzində özəlləşmədən dövlət büdcəsinə daxilolmalar 8,8 milyon manata yaxın olub.

Mission News Theme by Compete Themes.