Press "Enter" to skip to content

Tarix Muzeyində “Xarıbülbül – Şuşanın simvolu” ustad dərsi

Ustad dərsləri

Son yeniləmə: 14 Aprel 2022 09:59

Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində müqəddəs Ramazan ayının ilk xeyriyyə tədbiri – “Xarıbülbül – Şuşanın simvolu” mövzusunda ustad dərsi keçirilib.

Bu barədə bayraqdar.info-ya Muzeydən məlumat verilib. Bildirilib ki, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə sürətlə inteqrasiya etməsi, mədəni mühitin bir hissəsi olması muzeylərin də əsas hədəflərindəndir. Tarix Muzeyinin mühüm sosial vəzifələri sırasında digər ziyarətçilərlə yanaşı, xüsusi qayğıya ehtiyacı olan insanlar üçün də bərabər imkanların yaradılması dayanır.

“İnklüziv muzey prinsipi əsasında keçirilmiş tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin üzvləri iştirak ediblər.

“Tədbir iştirakçılarına xarıbülbül çiçəyi formasında aksesuar düzəldilmə və rənglənmə qaydası öyrədilib.

“Qeyd edək ki, muzeydə sağlamlıq imkanları məhdud insanlar üçün müxtəlif mövzularda ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur”. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.